
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, seçilmiş hökumətə hörmətsizlik edən şəxslərin ölkəyə girişi qadağandır.
Bu barədə Gununsesi.info TASS-yə istinadən xəbər verir.
Paşinyan RT-nin baş redaktoru Marqarita Simonyan, naşir Aram Qabrelyanov və Dövlət Dumasının deputatı Konstantin Zatulinə Ermənistana giriş qadağası ilə bağlı xəbəri belə şərh edib.
“Onlar xalqın seçdiyi hökumətə hörmət etməyə borcludurlar”, – baş nazir bildirib.
Paşinyanın dediyi kimi, bu insanlar öz ölkələrində “Ermənistanla etdiklərinin bir faizini etsəydilər”, “evlərinə vizasız girə bilməzdilər”.
2022-ci ilin oktyabrında Simonyan , ona Ermənistana girişinin qadağan olunduğunu açıqlayıb. Səbəblər barədə ətraflı məlumat verməyib.
RT-nin baş redaktoru Ermənistan hakimiyyətini dəfələrlə tənqid edib. 2020-ci ildə Dağlıq Qarabağda vəziyyətin gərginləşdiyi bir vaxtda o, İrəvanın Rusiyanın “uzun illər xeyirxahlığına və müdafiəsinə cavab olaraq” Krımı tanımadığını bəyan edib. O qeyd edib ki, ölkə “anti-Rusiya QHT-ləri ilə dolub” və Ermənistan “Qafqazda anti-Rusiya qüvvələri üçün tramplin” olub. Ermənistanın baş naziri Nikol Paşinyan bu ittihamları əsassız adlandırıb.
Adil ELXANOĞLU
Gununsesi.info