Paşinyan mer təyin etdi: diplomu saxta çıxdı

Ermənistanın baş naziri Nikol Paşinyanın Əştərək mahalına mer təyin etdiyi “Mənim addımım” fraksiyasının keçmiş deputatı Ramzik Petrosyanın diplomu saxta çıxıb.

Gununsesi.info erməni mediasına istinadla xəbər verir ki, məsələni “İrəvan Today” araşdırıb.

HTML tutorial

Məlum olub ki, Ramzik Petrosyanın diplomu saxtadır. Bundan sonra iş böyüyüb. Belə ki, faktı araşdıran nəşr əlindəki məlumatları prokurorluğa təqdim edib. Daha sonra Əştərək icması Petrosyanın mer səlahiyyətlərinin əlindən alınması üçün hökumətə müraciət ünvanlayıb.

Hətta Ermənistan parlamentinin deputatı Areqnaz Manukyan hökumətlə sual-cavab debatı zamanı bu məsələni qaldırıb. Paşinyan hökuməti saxta diplomla bağlı iddianı qəbul etməsə də, Ramzik Petrosyanı işdən azad edib. Yeni mer postuna hakim partiyanın əsas namizədi isə Sergey Movsisyandır.

Artıq prokurorluğun Ramzik Petrosyanın saxta diplomu ilə bağlı araşdırmalara başladığı bildirilir. Onun diplomu saxta çıxarsa, Petrosyana “dövləti aldatma, zorakılıq və saxtakarlıq yolları ilə dövlət sirlərinə yiyələnmə” maddəsi ilə cinayət işi açılacaq.

Gununsesi.info