
Paşinyan Misir səfərindən məyus olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
“Ermənistanın baş naziri dünən hakim Vətəndaş Müqaviləsi partiyası ilə parlamentdə qapalı iclasda Misirə iki günlük rəsmi səfəri “adi” adlandırıb”, – deyə nəşr yazıb.
Nəşrin yazdığına görə, Paşinyan məyusluğunu gizlətməyib. “Onlar bu səfərdən hökumət vəsaitlərinin israf edilməsindən başqa heç nə almadılar”, – deyə məlumatda bildirilir.
Gununsesi.info