Paşinyan Misirdədir

Ermənistan Baş naziri Nikol Paşinyan Misirə işgüzar səfər edib.

Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, Paşinyan Şarm əl-Şeyx şəhərində keçiriləcək Yaxın Şərq Sülh Sammitində iştirak edəcək.

Səfər ABŞ və Misir prezidentləri Donald Trampla Əbdülfəttah əs-Sisinin dəvəti əsasında baş tutub.

 

Gununsesi.info