Paşinyan müxalifət liderlərini həbs etdirdi

  • By admin
  • 12 Noyabr 2020 09:48

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) bu dövlət qurumunun keçmiş direktoru, “Vətən” partiyasının lideri Artur Vanesyanı, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyanı, keçmiş vitse-spiker Eduard Şarmazanovun mətbuat katibi Ara Saakyanı saxlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Xatırladaq ki, Sarukyan baş nazir Nikola Paşinyana istefası tələbi ilə keçirilən mitinqin əvvəlində, Şarmazanov və Vanesyan isə mitinqdən sonra saxlanılıb.

Qeyd edək ki, Vanesyan bir sıra cinayət əməllərinin törədilməsində şübhəli bilinir.

Gununsesi.info