Paşinyan müxalifəti izləmək üçün 7 milyona dinləmə sistemi aldı

  • By admin
  • 22 Sentyabr 2021 15:22

Ermənistanın baş naziri Nikol Paşinyan “Pegasus” dinləmə sistemini alıb.

Gununsesi.info xəbər verir ki, “Hraparak” qəzeti Paşinyanın bu sistem üçün 7 milyon dollar ödədiyini yazır.

Qəzet yazır ki, digər ölkələr bu sistemdən xarici kəşfiyyat xidmətlərinin yaratdığı təhdidlərə qarşı istifadə edir: “Paşinyan isə bundan müxalifəti və medianı izləmək üçün istifadə edəcək”.

“Bunun mexanizmi var. Lazım olan telefona reklam SMS göndərilir, SMS açılan kimi sistem telefona yüklənir. Bir adamın “ovlanması” 10 min dollara başa gəlir. Bu sistem sosial şəbəkə hesablarını da izləyə bilir. Artıq müstəqil media rəhbərlərindən birinin bu sistemlə izləndiyinə dair məlumatlar var”, – nəşr yazır.

Gununsesi.info