Paşinyanın müxalif partiyalarla görüş təklifnə “yox” deyildi

  • By admin
  • 23 Dekabr 2021 12:16

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin müxalif partiyalarına qapalı görüş keçirməyi təklif edib.

Gununsesi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, “Ermənistan” və “Şərəfim” var fraksiyaları görüşdən imtina ediblər.

HTML tutorial

Görüşdə Qarabağa dair məsələlərin müzakirə edilməsi planlaşdırılıb.

Hər iki partiya yaydıqları birgə bəyanatda qeyd ediblər ki, onlar ölkənin Baş naziri ilə qapalı görüş keçirməyi məqsədəuyğun hesab etmirlər.

Bəyanata əsasən, hələ 2020-ci ilin oktyabrında bu formatda Nikol Paşinyan ilə görüşlər keçirilib və müzakirələrin təfərrüatları hələ də onun tərəfindən təhrif olunur. Fraksiyalar Paşinyanla yalnız açıq formatda görüş keçirmək istədiklərini, ölkə rəhbərliyinin isə bununla razılaşmadığını qeyd ediblər.

Qapalı görüş barədə məlumatı isə fraksiyalara parlamentin sədri Alen Simonyan çatdırıb.

Gununsesi.info