Paşinyan onu vəzifəsindən azad etdi

  • By ilhame
  • 13 Sentyabr 2023 20:11

Ermənistanın Probasiya Xidmətinin rəhbəri Gevorq Simonyan vəzifəsindən azad edilib.

Gununsesi.info  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, müvafiq qərarı Baş naziri Nikol Paşinyan imzalayıb.

Qeyd olunur ki, Gevorq Simonyan sentyabrın 15-də vəzifəsindən uzaqlaşdırılacaq.

Xatırladaq ki, Simonyan 2019-cu ildə Probasiya Xidmətinə rəhbər təyin edilib və 2023-cü ilin yanvarında yenidən bu vəzifəyə təyin olunub.

 

Gununsesi.info