Paşinyan ordu rəhbərliyini topladı

  • By admin
  • 15 İyul 2020 08:48

Ermənistanın baş naziri Nikol Paşinyan bir az əvvəl Azərbaycanla sərhəddə yaşanan hadisələrə görə silahlı qüvvələrin rəhbərliyi ilə toplantı keçirib.

Gununsesi.org Musavat.com-a istinadən xəbər verir ki, müşavirədə müdafiə naziri David Tonoyan və Silahlı Qüvvələrin baş qərargah rəisi Onik Qasparyanın rəhbərliyi ilə hərbi komandanlıq iştirak edib. Toplantıda sərhəddəki durum və situasiyanın inkişaf perspektivləri müzakirə olunub, bildirilib ki, hazırda vəziyyət nəzarət altındadır.

Ancaq erməni mediasının yaydığı fotolardan N.Paşinyanın, həmçinin ordu rəhbərliyinin çox gərgin ovqata kökləndikləri, narahat olduqları aydın görünür. Azərbaycanın sarsıdıcı zərbələri qarşısında qalan düşmən ölkənin Fövqəladə Hallar Nazirliyi sərhəd boyunca yaşayan əhalinin təxliyə ediləcəyini elan edib.

Qeyd edək ki, Ermənistan ordusunun rəhbərliyi 4 hərbçinin öldüyünü, 5 nəfərinsə yaralandığını açıqlasa da, erməni vətəndaşlar itkilərin qat-qat çox olduğunu yazırlar.

Gununsesi.org