Paşinyan Pelosi ilə danışıqlar apardı

  • By admin
  • 18 Sentyabr 2022 21:05

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb.

Baş nazirin sözlərinə görə, Pelosi ilə danışıqlarda erməni-amerikan gündəliyinə aid məsələlər, eləcə də qarşılıqlı maraq doğuran mövzular müzakirə olunub.

Pelosi İrəvana sentyabrın 17-də axşam gəlib. O, baş nazir, parlamentin spikeri, eləcə də parlament müxalifəti ilə görüşlər keçirib. Həmçinin Cafesjian Müasir İncəsənət Mərkəzində çıxış edib.

Gununsesi.info