Paşinyan Putinə sülh sazişi üzrə danışıqların bitməsi barədə məlumat verib

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Nazirlər Kabineti yayıb.

Bildirilib ki, Paşinyan söhbət zamanı Putini Azərbaycanla sülh müqaviləsinin mətni üzrə danışıqların yekunlaşması barədə məlumatlandırıb.

Bununla yanaşı, tərəflər regional və iki ölkə arasında gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

 

Gununsesi.info