Bakının belə sürətli qələbəsini gözləmirdim.
Gununsesi.info xəbər verir ki, bu sözləri Axar.az-a rusiyalı mütəxəssis, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti Leonid Krutakov 44 günlük müharibənin başlamasının birinci ildönümü ilə bağlı danışarkən deyib.
“İrəvanda hakimiyyət dəyişikliyindən və Paşinyanın Putinin Köçəryanla bağlı xahişinə açıq şəkildə məhəl qoymamasından sonra Ermənistanın Moskvanın birbaşa və qeyd-şərtsiz dəstəyini itirdiyi aydın idi. Tarazlıq vəziyyəti pozuldu və maraqlı tərəflərin Qarabağ məsələsini yenidən gündəmə qaytaracağı gözlənilirdi. İlham Əliyev mövcud vəziyyətdən mükəmməl şəkildə istifadə etdi: Moskvanın məsələdən uzaqlaşdırılmasına və Ankaranın dəstəyinə nail oldu. Bakının belə sürətli qələbəsini gözləmirdim. Bu, erməni ordusunun mənəvi və hərbi tənəzzülünün, Ermənistanın yeni rəhbərliyində siyasi iradənin olmamasının sübutu idi”, – deyə mütəxəssis bildirib.
Gununsesi.info