Paşinyan Putinlə görüşəcək

Ermənistanın baş naziri Nikol PaşinyanMoskvaya səfərə gedəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mediası bildirir.

HTML tutorial

Qeyd olunur ki, işgüzar səfər aprelin 7-də baş tutacaq və Paşinyan Rusiya prezidentiVladimir Putinlə görüşəcək.

N.Paşinyanın mətbuat katibi Mane Gevorkyan səfərlə bağlı rəsmi açıqlama verməyib, mətbuatın daha sonra məlumatlandırılacağını deyib.

Qeyd edək ki, Putinlə Paşinyan 44 günlük müharibədən sonra ilk dəfə onlar yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi üçtərəfli danışıqlar zamanı üz-üzə görüşüb. 7 aprel görüşü İkinci Qarabağ müharibəsindən sonra ikinci üz-üzə görüş olacaq.

Xatırladaq ki, aprelin 2-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov vəErmənistanın xarici işlər naziri Ara Ayvazyanlagörüşü planlaşdırılıb.

Gununsesi.info