Paşinyan qəzəbləndi - Keçmiş rejimin qalıqları və ordu siyasətdən mütləq getməlidir

  • By admin
  • 28 Fevral 2021 22:07

Bütün generallara əmrimdir, gedin, öz işinizlə məşğul olun, ölkənin sərhədlərini qoruyun.
Heç kim əmrimdən çıxa bilməz.
Prezident Sarkisyana dedim, o dərhal general Onik Kasparyanın azad olunması sərəncamını imzalamalıdır”.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ictimaiyyət arasındakı çıxışında deyib.

HTML tutorial

O, bildirib ki, Prezident bunu etməsə o da hərbi çevrilişin və müxalifətin tərəfi olacaq:

“Onik Qasparyan özü istefa ərizəsi yazmalıdır və ordudan getməlidir. Onun ixtiyarı yoxdur ordunu xalqa qarşı qaldırsın,mən buna imkan verməyəcəm.
Başqa zabitlər də işlərinin başına dönsün.
Qoy, xalq qərar versin kim istefa verməlidir kim yox . Qoy, xalq məni bu meydanda güllələsin.
Müxalifəti bütün etirazları dayandırıb növbədənkənar seçkiləri müzakirə etməyə çağırıram.
Onlar məni satqın elan edib. Demək ki, burada məni dəstəkləməyə gələn sizləri də satqın sayır.
Kimdir satqın? Vazgen Manukyan müharibə gedə-gedə ordunu bizə qarşı vuruşmağa çağırırdı.
Keçmiş rejimin qalıqları və ordu siyasətdən mütləq getməlidir.
Müharibədən sonra mən istefaya getmək istəyirdim amma mən özüm baş nazir olmamışam məni xalq Başnazir edib və onlar qərar verməlidir ki mən gedim ya qalım.
Korrupsionerlər hakimiyyətə gəlməyəcək və bundan sonra yumşaq siyasətə son qoyacam”.

Gununsesi.info