Paşinyan Qarabağ separatçıların yeni rəhbəri ilə görüşdü

  • By admin
  • 22 May 2020 13:36
Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torplaqlarında səfərdə olan Nikol Paşinyan separatçıların yeni rəhbəri Araik Arutunyanla danışıqlar aparıb.
Gununsesi.org Ermənistan KİV-nə istinadən xəbər verir ki, “andiçmə” şousundan sonra ilk dəfə baş tutan görüş zamanı Nikol Paşinyana Qarabağa əlavə maliyyə yardımı ediləcəyini deyib.
O həmçinin, Arutunyanla pandemiya fonunda iqtisadi vəziyyəti və cəbhə xəttindəki situasiyanı müzakirə edib.
Gununsesi.org