Paşinyan: Qarabağ üçün savaşa girməyəcəyik, ölkədə çevirilişə cəhd edənlər var

  • By arzu
  • 20 Sentyabr 2023 10:57

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, erməni Baş nazir açıqlamasında Qarabağ üçün savaşa girməyəcəklərini bildirib.

Azərbaycan Silahlı Qüvvələrinin konstitusion nizamı bərpa etmək və qanunsuz erməni silahlı birləşmələrini Qarabağdan çıxartmaq üçün başlatdığı əməliyyatlardan sonra Paşinyan ilk dəfə danışıb.

Sosial media üzərindən canlı yayımda açıqlama verən Paşinyan iç və çöl güclərin Ermənistanı döyüşə çəkmək istədiklərini bildirdi.

Paşinyan prosesin öhdəsindən gələ biləcəklərini və döyüşə girişməyəcəklərini vurğulayıb.

Dağlıq Qarabağdakı ermənilərin haqlarını daim qoruduqlarını söyləyən Paşinyan bölgədə əsgərlərinin olmadığını iddia edib.

Digər tərəfdən, Paşinyan ölkədə çevrilişə çağırış edənlərin olduğunu və erməni xalqından bu prosesi sakit bir şəkildə dəyərləndirməyi istəyib.

Xatırladaq ki, Ermənistanda gərginlik artmaqdadır. Bütün ölkə boyunca hərbi əməliyyatların başlaması ilə Paşinyan oxların hədəfindədir.

Parlamentin qarşısında etirazlar keçirilir. Orduya işə müdaxilə etmək çağırışları edilir.

 

Tərcümə: Arzu

Gununsesi.info