Paşinyan Qarabağa qoşun göndərir

  • Müəllif: admin
  • 03 İyul 2018 14:06

 

Ermənistan hakimiyyəti xidmət aparmaq üçün daxili qoşunların qüvvələrini sərhədə göndərir.

Gununsesi.info xəbər verir ki, bununla bağlı “Qraparak” qəzeti məlumat yayıb.

“Ermənistanın “Daxili qoşunlar haqqında” qanununa əsasən, bu qüvvələr yalnız müdafiə məqsədilə istifadə oluna bilər. Ancaq əvvəlki hakimiyyət bu qüvvələrdən etirazçı kütləni yatırmaq üçün istiadə edib.

Polis rəisi Valeri Osipyan bildirib ki, müdafiə nazirindən aldığı təklifi qəbul edib. Qərar baş nazir Nikol Paşinyan tərəfindən təsdiqlənib”, – məqalədə deyilir.

Qəzetin məlumatına əsasən, yalnız bir bölmə narazılıq yaradıb.

Osipyan deyib ki, avqustun 15-dən sonra daxili qoşunlar Qarabağa 15 günlük növbə ilə göndəriləcək. Bu günlər üçün onlar əmək haqqı alacaqlar.