Paşinyan Rəisini Soçi görüşü barədə məlumatlandırıb

Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisini oktyabrın 31-i Soçidə Azərbaycan və Rusiya liderləri ilə keçirilən üçtərəfli görüş barədə məlumatlandırıb.

Gununsesi.info  “Miran Press”ə istinadən xəbər verir ki, Paşinyan bu barədə Tehranda baş tutan mətbuat konfransı zamanı danışıb.

HTML tutorial

Məlumata görə, Paşinyan hesab edir ki, Tehran danışıqlarda müzakirə edilən məsələlərdən xəbərdar olmalıdır.

Xatırladaq ki, Nikol Paşinyan bu gün Tehrana rəsmi səfər edib və İran Prezidenti İbrahim Rəisi ilə danışıqlar aparıb.

Gununsesi.info