Paşinyan Rusiya sülhməramlılarından razılıq edir - ONLARIN SAYƏSİNDƏ...

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, Dağlıq Qarabağdakı humanitar böhran, Rusiya sülhməramlılarının sayəsində fəlakətə çevrilməyib.

Gununsesi.info TACC- a istinadən xəbər verir ki, Paşinyanın açıqlamasında, 2020-ci ildə Rusiya Dağlıq Qarabağın əhalisinin və mülki infrastrukturunun təhlükəsizlik təminatçısı rolunu da öz üzərinə götürdüyünü deyib.

Bir müddət əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Bakı keçmiş azərbaycanlı qaçqınların Qarabağ ərazisinə köçürülməsi üçün layihə hazırlayıb. Onun sözlərinə görə, ilk olaraq 400-ə yaxın insan köçürüləcək.

Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, hazırda 2020-ci il münaqişəsi nəticəsində Bakıya qaytarılan Qarabağ ərazisi “xarabalıq vəziyyətindədir”. Həmçinin o, söhbət əsnasında bildirib ki, isğaldan azad olunmuş ərazilər “Müasir Livanın” ərazisinə bərabər bir vəziyyətdədir.

 

Tərcümə: Şəbnəm

Gununsesi.info