Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 31-də Rusiyaya işgüzar səfərə gedəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Oktyabrın 31-də Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına işgüzar səfərə gedəcək. Soçidə Ermənistanın baş naziri Rusiya prezidenti Vladimir Putinlə görüşəcək, bundan sonra Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli görüşü keçiriləcək. planlaşdırılır”, – məlumatda deyilir.
Gununsesi.info