Paşinyan sərhəd məsələsini rus generalla MÜZAKİRƏ ETDİ

Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakovu qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, Paşinyan müdafiə və təhlükəsizlik sahəsindəki Ermənistan-Rusiya əməkdaşlığını yüksək qiymətləndirib. Bundan sonra da səmərəli qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.

Həmsöhbətlər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, iki ölkənin baş qərargahları arasındakı əməkdaşlığa dair gündəliyi, habelə regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Gununsesi.info