“Ermənistanın Soçi görüşündən əvvəl və ondan sonrakı siyasəti dəyişməzdir”.
Gununsesi.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O söyləyib ki, Soçidə keçirilən üçtərəfli görüşdə yalnız Praqada əldə olunan razılaşmalar təsdiqlənib: “Biz razılıqları təsdiqləmişik, Rusiya və Azərbaycandan da etiraz olmayıb”.
N.Paşinyanın sözlərinə görə, Soçidə Rusiya və Azərbaycan Prezidentləri ilə üçtərəfli görüş regionda sülhün bərqərar edilməsi istiqamətində irəliləyiş olub.
Gununsesi.info