Paşinyan sülh müqaviləsini bu şəhərdə imzalayacaq

Oktyabrın əvvəlində internetdə Azərbaycan-Ermənistan məsələsi ilə əlaqədar sənəd yayılıb. Məlumata görə, bu, iki ölkəyə təklif olunan sülh müqaviləsinin Amerika variantıdır.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ermənistanın jam.am saytı yazır.

HTML tutorial

Sayt sənədin indiyədək Ermənistan hökuməti tərəfindən təkzib olunmadığını bildirir:

“Ermənistan hakimiyyəti tərəfindən rəsmən təkzib edilməyən sənəddə deyilir:

“Azərbaycan hökuməti Dağlıq Qarabağ sakinlərinin hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparmaq üçün Dağlıq Qarabağın erməni etnik icması tərəfindən təyin edilmiş nümayəndə ilə işləyəcək nümayəndə təyin edəcək. Tərəflər Dağlıq Qarabağda yaşayan milli azlıq qruplarının müdafiəsinə etimadın təmin edilməsi məqsədi ilə Azərbaycanın suverenliyinə müdaxilə etmədən mümkün beynəlxalq müşahidə statusunu nəzərdən keçirməkdə davam edəcəklər”.

Sayt iddia edir ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti Qarabağ prosesində iştirakdan imtina etməklə yanaşı, bu məsələni tamamilə Azərbaycanın ixtiyarına buraxır.

Prosesin Azərbaycanın istədiyi kimi getdiyini bildirən məqalə müəllifi onu da iddia edir ki, gələcəkdə Qarabağdakı Rusiya sülhməramlılarını amerikalı diplomatlar əvəzləyəcək.

“Üstəlik, gözlənilən üçtərəfli görüşdən (Soçidə) sonra da əsas motivi həmişə öz maraqlarının müdafiəsi olmuş və olacaq Paşinyanın siyasətinin özəlliklərini nəzərə alaraq, İrəvan ABŞ və Brüsselin himayəsi altında Azərbaycanla sülh müqaviləsi bağlaya bilər. Yəni Paşinyanın Soçi görüşündə hansı öhdəlikləri üzərinə götürə biləcəyinin heç bir önəmi yoxdur”, – məqalədə deyilir.

Mənbə Paşinyanın bu dəfə də Rusiya lideri Vladimir Putini aldadacağını yazır.

“Nikol ehtiyat edir ki, Azərbaycanla münasibətlər Moskvanın təklif etdiyi model üzrə tənzimlənərsə, o zaman Rusiya üçün subyektivliyini itirəcək. Paşinyan şəxsi subyektivliyini itirməklə hakimiyyəti itirəcək. Görünür, Putindən hələ də dəstək ala bilməyib və bunun qarşısını almaq üçün Paşinyan Soçidəki üçtərəfli görüşdən sonra Brüsseldə saziş imzalaya bilər. O bilir ki, əslində 10 noyabr anlaşmasından çıxmaq və anti-Rusiya, anti-Putin siyasəti yürütmək Ermənistan üçün fəlakətli nəticələrə gətirib çıxaracaq, amma Qərbdən sığınacaq alacağına əmin olduğu üçün bu yola əl atır”, – məqalədə vurğulanır.