Paşinyan sülh sazişindən danışdı

  • By admin
  • 27 Fevral 2024 15:07

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 28-29-da Berlində keçiriləcək görüşdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və azərbaycanlı həmkarı Ceyhun Bayramovun sülh sazişi üzrə irəliləyiş əldə edəcəyinə ümid etdiyini bildirib.

Gununsesi.info xəbər verir ki, o, Afinada yunan həmkarı Kiriakos Mitsotakislə görüşü zamanı deyib.

“Bilirsiniz ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin daha bir görüşü gözlənilir. Ümid edirəm ki, bu görüş nəticəsində irəliləyiş əldə olunacaq”, – Paşinyan bildirib.

Gununsesi.info