Paşinyan Türkiyə-Ermənistan sərhədinin açılmasına ümid edir

  • By admin
  • 26 Oktyabr 2023 12:24

Ermənistanın baş naziri Nikol Paşinyan yaxın gələcəkdə Türkiyə ilə sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılacağına ümid edir.

Gununsesi.info xəbər verir ki, o, bunu Tiflisdə Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı deyib.

“Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistan və Türkiyə arasında sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasportları olan şəxslər üçün açılması baxımından da irəliləyiş olacaq ki, bu da bütün regiona müsbət təkan verəcək”, – deyə Paşinyan bildirib.

Gununsesi.info