Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar Parisdə Ermənistanın Baş naziri Nikol Paşinyan və erməni həmkarı David Xudatyanla görüşüb.
Gununsesi.info xəbər verir ki, A. Bayraqdar bu barədə X sosial media hesabındakı paylaşımında bildirib.
Nazir qeyd edib ki, söhbət zamanı bölgədə davamlı sülh və sabitliyə töhfə verəcək addımlar müzakirə olunub:
“İnfrastruktur və enerji məsələləri ətrafında da fikir mübadiləsi apardıq. Bu çərçivədə başda elektrik, nüvə enerjisi və təbii qaz olmaqla, birgə fəaliyyət sahələrini müzakirə etdik”, – A. Bayraqdar bildirib.












