“Paşinyan Türkiyə ilə diplomatik əlaqələrin qurulması və sərhədlərin açılmasını müzakirə edir” – Minasyan

  • By admin
  • 09 Yanvar 2021 10:39

Məndə olan məlumata görə, Nikol Paşinyanın təmsilçiləri Ermənistanla Türkiyə arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması müqabilində imzalanacaq sənədlər paketini müzakirə edir.

Gununsesi.org Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan Teleqram səhifəsində yazıb.

“Paketdə Ermənistanın antitürk siyasəti yürütməmək, “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasının təşviqindən imtina etmək, diasporu “soyqırımı” tanımağa yönəlmiş hərəkətlərdən tamamilə uzaqlaşdırmaq, ərazi iddialarından əl çəkmək barədə sənədləri imzalamaq, habelə maddi təzminatı rədd etmək öhdəlikləri yer alır. Həmçinin, güzəştlər paketi “erməni məsələsi”ni öyrənmək üçün tarixçilərdən ibarət bir komissiyanın yaradılmasını da əhatə edir”, – Minasyan bildirib.

Gununsesi.org