Paşinyan, Ursula fon der Leyen və Blinken görüşəcək

  • By admin
  • 21 Mart 2024 15:20

Aprelin 5-də Ermənistanın baş nazir Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinken Brüsseldə görüşəcəklər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.

Məlumatda bildirilir ki, onların Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın yollarını müzakirə edəcəkləri gözlənir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözlərinə görə, tədbir ölkəsinin müqavimətini gücləndirmək məqsədi daşıyır. O, digər təfərrüatları açıqlamayıb, yaxın vaxtlarda görüş ilə bağlı daha ətraflı danışmaq imkanının olacağını bildirib.

2023-cü il oktyabrın 5-də Paşinyan Qranadada Ursula Von der Leyen ilə görüşüb. Həmin görüşdə Qarabağ ermənilərinin öz istəkləri ilə köçü nəticəsində yaranmış vəziyyəti və Ermənistan-Avropa İttifaqı əməkdaşlığı gündəliyi ilə bağlı məsələləri müzakirə edib. Avropa Komissiyasının sədri baş nazirə deyib ki, Aİ ABŞ ilə birlikdə Ermənistana dəstək üçün birgə toplantı təşkil edəcək.

“Bu, Ermənistanla ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi üçün ilk addımdır. Avropa və Ermənistanın uzun, zəngin ümumi tarixi var. Bu ümumi tarixdə yeni səhifənin açılmasının vaxtı çatıb”, – o bildirmişdi.

 

Gununsesi.info