
Qarabağdakı erməni xalqının başına gələcək olaylardan Rusiya ordusu və Azərbaycan tərəfi məsuliyyət daşıyacaq
Ermənistanın Baş naziri Nikol Paşinyan erməni xalqına müraciət edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, erməni Baş nazir xalqa səslənişində müstəqillik, suverenlik və demokratiya mübarizəsinə vurğu edib.
Paşinyan Azərbaycanın son illərdəki hücumlarının Ermənistanın xarici təhülkəsizlik sistemlərinin milli maraqlar və təhlükəsizlik baxımından, təsirsiz olması ilə bağlı açıq bir nətivəyə yol açdığını söyləyib.
Paşinyan millətə səsləniş nitqində son illərdə yaşanan olaylarla bağlı dəyərləndirmələrini bildirib. Yaşananların nəticələrinə qatlaşmağın məcburiyyətini dilə gətirib.
“Sevgili yurddaşlar”, – deyə başladığı nitqində Paşinyan “Ermənistanda nə oldu?, Nə olmalı?, Nə olur?” kimi sualların gələcək üçün strateji anlam qazandığını bildirib.
Paşinyan çıxışında 44 günlük ikinci Qarabağ savaşı, 2021-ci ilin may və noyabr olayları, həm də 2022-ci ilin sentyabr döyüşlərinin xronologiyasını verib.
Paşinyan Azərbaycanın başlatdığı hərbi əməliyyatların Rusiya Federasiyasının barışığı qoruma birliklərinin hədəfləri və məqsədləri mövzusunda ciddi sual işarələrinin yaratdığını deyib.
Paşinyan 9 noyabr anlaşmasına baxmayaraq, Dağlıq Qarabağ ermənilərinin hələ də “etnik təmizlik” təhdidi ilə qarşı-qarşıya olduğunu iddia edib.
Qarabağda yaşayan erməni xalqının başına gələcək olaylardan Rusiya ordusunun və Azərbaycan tərəfinin məsuliyyət daşıyacağını açıqlayıb.
Paşinyan Qarabağ ermənilərini qonaqlamağa hazır olduqlarını, ancaq onların Ermənistana gəlməsinin bu “problemi” daha da pisləşdirəcəyini dilə gətirib.
Tərcümə: Arzu