Paşinyan yaxın dostunu nazir olmağa qoymadı

  • By admin
  • 29 Dekabr 2022 10:55

Ermənistanda yaradılmaqda olan Daxili İşlər Nazirliyinə kimin rəhbərlik edəcəyi müzakirə olunur.

Gununsesi.info xəbər verir ki, “Hraparak” qəzeti baş nazir Nikol Paşinyanın kadr seçimi barədə məlumat əldə edib.

Qəzet yazır ki, Paşinyanın dostu və yaxın kadrı hesab olunan Ermənistan Polisinin rəisi Vahe Kazaryanın adı yeni nazir kimi hallansa da, o, DİN başçısı vəzifəsinə təyinat almayacaq. Bildirilib ki, Paşinyan bu təyinatdan imtina edib.

“Ona görə yox ki, Paşinyan Kazaryana etibar etmir, sadəcə olaraq baş nazir düşünür ki, o, meqanazirliyə rəhbərlik etməyi bacarmaz”, – yazıda qeyd olunub.

“Hraparak”ın istinad etdiyi mənbə hesab edir ki, çox güman hazırkı fövqəladə hallar naziri Armen Pambuxçyan DİN-ə rəhbər gətiriləcək.

Qeyd edək ki, Ermənistanda əvvəllər mövcud olmuş və sonradan ləğv edilən Daxili İşlər Nazirliyi yenidən bərpa olunur.

Gununsesi.info