Paşinyan yeni müharibəyə səbəb olacaq addım atır

  • By admin
  • 27 Aprel 2022 12:35

Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurası ilə Xankəndidəki separatçl-terrorçu rejimin qondarma “təhlükəsizlik şurasının” birgə iclasını keçirəcək.

Gununsesi.info xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.

Nəşrin iddiasına görə, birgə iclasın cümə günü baş tutacağı gözlənilir.

“Ermənistan hakimiyyətinin məqsədi baş nazirin əvvəlki bəyanatlarını redaktə etmək, Qarabağı Azərbaycana təslim etməyəcəklərinə inandırmaqdır. Bu o demək deyil ki, Paşinyan Azərbaycanla sülh sazişi imzalamaq planlarından əl çəkib. Bu görüşün gerçək məqsədi məsuliyyəti bölməkdir”, – nəşr yazır.

Paşinyan “təhlükəsizlik şuralarının birgə iclasını” sonuncu dəfə 44 günlük müharibədən öncə Qarabağda keçirmişdi. Danışıqlar prosesinə son qoyulması, gərginliyin artması səbəblərindən biri də bu idi. Budəfəki iclasın yeri bəlli deyil. Paşinyan Qarabağa gələ bilmədiyi üçün mümkün iclasın Ermənistanda keçiriləcəyi gözləntisi çoxdur. Hərçənd, belə bir iclasın keçirilməsi bütün hallarda gərginliyi daha da yüksəldəcək.

Gununsesi.info