Ermənistanın Baş naziri Nikol Paşinyan öz nazirlərinə, deputatlara və hakim “Vətəndaş müqaviləsi” partiyasının rəhbər şəxslərinə beynəlxalq tərəfdaşlara məktub yazmaq və zəng etmək barədə tapşırıq verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.
Məlumata görə, Paşinyanın komandası ölkənin tərəfdaşlarını Rusiyanın Ermənistanda rəhbərliyi dəyişmək niyyətində olması və köməyə ehtiyacları olduğu barədə məlumatlandırmalıdır:
“Başqa sözlə desək, Nikol Paşinyan hələ də Qərbdən dəstək almağa, hakimiyyətini qoruyub saxlamağa çalışır. O, Rusiyayönümlü qüvvə və yaxud şəxslə əvəzlənəcəyindən ehtiyat edir. Əldə etdiyimiz məlumata görə, həmçinin diplomatik korpusa da müxtəlif vasitələrlə ölkələrin rəhbərlərini Paşinyan hökumətinə qarşı təhlükələr barədə məlumatlandırmaq tapşırığı verilib”.
Gununsesi.info