Paşinyan Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama verdi

Ermənistan hökuməti ölkə ərazisindən insanların, nəqliyyat vasitələrinin və malların sərbəst, təhlükəsiz hərəkətinə tam zəmanət verir.

Gununsesi.info Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında deyib.

O, İrəvanın üçüncü qüvvələrin dəhlizə nəzarətinə icazə verməyə razı olmadığını bildirib:

“Ermənistanın haradasa, hansısa sənəddə öz ərazisinin infrastrukturunun təhlükəsizliyini üçüncü dövlətlərin təmin etməsinə razılıq verdiyinə dair iddialar reallığın təhrifidir. Bunlar həqiqəti əks etdirmir. Ermənistan ərazisindən təhlükəsiz daşınmaya özü zəmanət verir”.

 

Gununsesi.info