Paşinyan Zəngəzurda satqın adlandırıldı – Qarşıdurma

  • By admin
  • 21 Aprel 2021 11:19

Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzur bölgəsinə səfəri davam edir.

Gununsesi.info xəbər verir ki, erməni KİV-lərinin məlumatına görə, Nikol Paşinyan hazırda Meğri şəhərindədir.

Burada o, xoşagəlməz sürprizlə qarşılanıb. Belə ki, vətəndaşlar onu “Nikol xaindir!”, “Nikol türkdür!” şüarları ilə qarşılayıblar.

Etiraz aksiyası polislərlə sakinlər arasında davaya çevrilib.

Sakinlər Paşinyanın şəhər meydanına girməsinin qarşısını almağa çalışıblar.

Hazırda bölgədə vəziyyət gərgin olaraq qalır.