Paşinyana erməni əsgərin qəbrinə gül qoymağa icazə vermədilər

  • By admin
  • 18 Aprel 2021 11:23

Ermənistanın Baş naziri Nikol Paşinyan Vayosdzor bölgəsinə səfəri zamanı etirazla qarşılaşıb.

Belə ki, o, ikinci Qarabağ müharibəsində ölən erməni əsgərlərin məzarlarını ziyarət etmək istəyib. Lakin orada ölən əsgərin doğmalarından biri Paşinyana məzarın üzərinə gül qoymağa icazə verməyərək deyib:

“Bu, qardaşımın məzarıdır. Mənim buna haqqım var. Sizə icazə vermirəm”.

Həmin şəxs onu da əlavə edib ki, hökumətdən heç kim ona qardaşının meyitinin tapılmasında kömək etməyib.

Gununsesi.info