Paşinyandan Azərbaycanla bağlı KRİTİK AÇIQLAMA: HAZIRAM

  • By admin
  • 20 May 2021 12:20

Ermənistan Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla yeni sənədi müzakirə etdiyini təsdiqləyb.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, hökumətin iclasında çıxış edən Paşinyan sənədin 100% Ermənistanın maraqlarına xidmət etdiyini bildirib.

O, Azərbaycanın bu sənədə razılıq verəcəyi halda onu imzalayacağını söyləyib.

Qeyd edək ki, bundan öncə Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı yeni sənədin olduğunu bildirmişdi. Onun iddiasına görə, Ermənistan seçkiyə qədər Azərbaycan qoşunlarının Qaragöldən geri çəkilməsini, bir neçə əsirin İrəvana geri qaytarılmasını, Qazaxın və Naxçıvanın işğalda saxlanılan 6 kəndinin Azərbaycana qaytarılması ilə bağlı müddəaları bu sənədə salmaq istəyir.

Gununsesi.info