Paşinyandan bir-birinə zidd iki açıqlama

  • By admin
  • 13 Mart 2024 08:49

Ermənistanın baş naziri Nikol Paşinyan son mətbuat konfransında Azərbaycanın tələb etdiyi kəndlərlə bağlı bir-birinə zidd açıqlamalar verib. Bir açıqlamasında Ermənistan ərazisində Azərbaycanın tələb etdiyi kəndlərin mövcud olmadığını (?!), digər açıqlamasında isə etirafa bənzər cümlə işlədib ki, bir sıra kommunikasiya xətlərinin yerini dəyişmək lazımdır.

Gununsesi.info xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, bu, o deməkdir ki, həmin kommunikasiya xətləri bizim tələb etdiyimiz kəndlərə yaxın ərazirlərdən keçir ki, Nikol Paşinyan onların yerinin dəyişdirilməsi zərurətini bildirib. “Paşinyan bu dəfə “Azərbaycan da 31 kəndimizi geri qaytarsın” kimi absurd iddia səsləndirməyib. Çünki bu nağıla Ermənistanın özündə də inanmırlar. Paşinyan “31 kənd” məsələsini Azərbaycan kəndlərini geri qaytarmamaq üçün ortaya atmışdı”, – deyə əlavə edib.

Politoloq qeyd edib ki, Nikol Paşinyan Azərbaycanda 4 kəndlə bağlı qərar verildiyinin fərqindədir:

“Həmin kəndlər ya danışıqlar yolu ilə qaytarılmalıdır, ya da danışıqlar nəticə verməzsə və məsələ uzanmağa doğru getsə, ordumuz ermənilərin yaşamadığı həmin kəndlərə daxil olacaq. Başqa alternativ yoxdur. Erməni cəmiyyətini Rusiya hərbçilərinin İrəvandakı “Zvartnots” hava limanını boşaldacağına və ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edəcəyinə hazırlayan Paşinyan 4 kəndin Azərbaycanın nəzarətinə keçəcəyinə də hazırlamağa başlasa, özü və ölkəsi üçün faydalı olar”.

Gununsesi.info