Paşinyandan etiraf: “Bakının qaytarmağı tələb etdiyi kəndlər Ermənistan ərazisinə daxil deyil”

  • By admin
  • 12 Mart 2024 17:19

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Bakının nəzarəti geri qaytarılmasını tələb etdiyi kəndlər Ermənistanın qanuni ərazisinə daxil deyil.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni redaksiyası məlumat yayıb.

Paşinyan bildirib ki, Bakının Azərbaycanın nəzarətinin qaytarılmasını tələb etdiyi dörd yaşayış məntəqəsi – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılqacılı Ermənistan ərazisinə daxil deyil.

“Ermənistan ərazisində heç vaxt belə adda yaşayış məntəqələri olmayıb”, – baş nazir bildirib.

Paşinyan bildirib ki, İrəvanın prioriteti Azərbaycanla sülh sazişinin bağlanması, 1991-ci il Almatı bəyannaməsi əsasında sərhədlərin demarkasiyası və kommunikasiyalar məsələsinin həll edilməsidir.

 

Gununsesi.info