Paşinyandan Novruz təbriki

  • By admin
  • 21 Mart 2023 12:29

Ermənistanın baş naziri Nikol Paşinyan Novruz bayramı münasibətilə 2 təbrik mesajı göndərib.

Gununsesi.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, mesajlardan biri İran hakimiyyətinə – prezident İbrahim Rəisi və ali dini lider Əli Xameneiyə ünvanlanıb.

Paşinyanın digər təbriki isə Ermənistandakı azsaylı kürd icmasına göndərilib.

Gununsesi.info