Paşinyandan sensasion status: “Xocalını ruslar törədib” – FOTO

  • By admin
  • 20 Fevral 2020 15:18

rmənistan Baş nazir Nikol Paşinyan fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə debatda aldığı ağır təəssüratdan çıxa bilmir.

Gununsesiaz.info axar.az-a istinadən xəbər verir ki, ölkəsinə qayıtdıqdan sonra Paşinyan Xocalı soyqırımı məsuliyyətini sələflərinin və ümumiyyətlə, ermənilərin üzərindən atmaq üçün bir status paylaşıb.

Status belədir:

“Fakt fakt olaraq qalır: Xocalıda azərbaycanlıların qırğınının Azərbaycandakı ermənilərlə ortaq heç nəyi yoxdur, bunu Rusiyanın 366-cı alayı edib. Bu faciədə bizim günahımız yoxdur”.

Bundan təxminən bir neçə dəqiqə sonra isə Paşinyan ciddi siyasi səhvə yol verdiyini anlayıb və paylaşımını silib.

Əvəzində isə bu sözləri saxlayıb:

Fakt fakt olaraq qalır”.

Qeyd edək ki, sözügedən statuslar skrin edilərək, erməni mediasında paylaşılıb.

 

 

Gununsesiaz.info