Paşinyandan sülh sazişi AÇIQLAMASI: Azərbaycanla üç əsas prinsip razılaşdırılıb

  • By admin
  • 30 Oktyabr 2023 14:04

Azərbaycanla sülh müqaviləsinə nail olmaq üçün tərəflərin nizamlanmanın üç əsas prinsipinə əməl etməsi zəruridir.

Gununsesi.info erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Bakı ilə sülhün bərqərar olmasına və münasibətlərin tənzimlənməsinə töhfə verə biləcək üç əsas prinsip razılaşdırılıb. Əgər tərəflər bu prinsiplərə əməl etsələr, sülh müqaviləsinin imzalanması reallaşacaq”, – deyə Paşinyan bildirib.

Gununsesi.info