Paşinyandan sülh sazişi AÇIQLAMASI: “Yaxın bir neçə ay ərzində…”

Ermənistan və Azərbaycan bir neçə ay ərzində sülh və münasibətlərin normallaşdırılması haqqında saziş imzalaya bilər.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində deyib.

“Biz indi sülh və Azərbaycanla münasibətlərin nizamlanmasına dair saziş layihəsi üzərində işləyirik, ümid edirəm ki, bu proses yaxın bir neçə ay ərzində başa çatacaq”, – Ermənistanın baş naziri deyib.

Onun sözlərinə görə, İrəvan və Bakı bir-birinin 29,8 kv.km və 86,600 kv. km. ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımaq barədə razılığa gəlib.

“Biz həmçinin 1991-ci il Almatı Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası barədə razılığa gəldik. Biz ümid edirik ki, bu prinsiplərə əsaslanaraq, yaxın aylarda Azərbaycanla sülh və münasibətlərin qurulması haqqında saziş imzalanacaq”, – deyə Ermənistan hökumətinin başçısı bildirib.

Gununsesi.info