Paşinyanın evinin qarşısında aksiya – VİDEO/FOTO

  • By admin
  • 21 Aprel 2021 23:04

Ermənistanın müxalif “Vətənin qurtuluşu hərəkatı” və tərəfdarları Baş nazir Nikol Paşinyanın hökumət bağı qarşısında etiraz aksiyası keçirir.

Gununsesi.info “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, aksiya Paşinyanın Sünikə (Zəngəzur) səfərinə cavab olaraq təşkil edilib. Polis bağ evinin qarşısına toplaşanları oradan uzaqlaşdırmağa çalışır.

Qeyd edək ki, aksiyalar davam edərkən Paşinyanın korteji hökumət bağına gəlib. Müxalifətçilər onun avtomobilini görən kimi siqnal verərək etirazlarını bildiriblər. Bundan başqa etirazçılar asfalta yumurtalar atıblar.

Gununsesi.info