“Ermənistan Avropa Birliyinə daxil olmaqda israrlıdır və payızdan gec olmayaraq öz müraciətini etməlidir”.
Gununsesi.info xəbər verir ki, “Hraparak” nəşri yazır ki, bunu Paşinyan hakim partiyanın deputatları ilə qapalı görüşdə bildirib.
Mənbənin sözlərinə görə, Paşinyan sətiraltı bildirib ki, Ermənistan Rusiyadan qopub onu regiondan çıxarmaq üçün əməli addımlar atmalıdır. Bu bir növ Qərbin tələbidir və indiki vəziyyətdə Qərbə inteqrasiya üçün Ermənistanın bu addımları atmaqdan başqa yolu yoxdur”.
Məlumatda o da qeyd olunur ki, baş nazirin komandasının əksəriyyəti bu məsələdə tələskənliyə qarşıdır. Buna görə də Paşinyan ölkənin xarici siyasətinin dəyişdirilməsi üçün xalqdan etimad səsverməsi tələb edərək konstitusiya referendumu keçirməyə hazırlaşır.
Gununsesi.info