Paşinyanın istefasını tələb edən iki deputat saxlanıldı

Ermənistan müxalifəti bu gün səhər saatlarından paytaxt İrəvanın mərkəzi küçələrini bağlayaraq Baş nazir Nikol Paşinyana qarşı aksiya keçirir.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

HTML tutorial

Ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçiləri saxlayaraq, onların qarşısını kəsməyə nail olublar. İlkin məlumata görə, onlarla etirazçı saxlanılıb.

Polis aksiyada iştirak edən müxalif deputatlar Aram Vardevanyan və Tiqran Abramyanı da saxlayıb.

Xatırladaq ki, etiraz fəallığının artmasına Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı danışıqlar prosesi barədə səs-küylü bəyanatlar verməsi səbəb olub. Aprelin 25-dən müxalifət kütləvi etiraz aksiyaları keçirir.

Gununsesi.info