“Paşinyanın “neytral” adlandırdığı hissədə hansısa dövlətin hərbçilərinin yerləşdirilməsinə icazə verməməliyik”

  • By admin
  • 27 May 2021 23:07
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Azərbaycanla sərhəddə baş verən münaqişənin tənzimlənməsi ilə bağlı bu gün açıqladığı plan sərhəd pozmalarının etirafıdır.
Məsələn Paşinyan təklif edib ki, sərhəddə Rusiya və ya Minsk qrupunun həmsədri olan hər hansı bir ölkəni – ABŞ və ya Fransanı təmsil edən beynəlxalq müşahidəçilər yerləşdirilməli və beynəlxalq vasitəçilərin iştirakı ilə sərhədlər dəqiqləşdirilməlidir. Bu o deməkdir ki, erməni həbrçilərini qəsdən diversant kimi Azərbaycan ərazisinə göndərib mina basdırmalarını tapşırıblar ki, gərginlik daha da artsın və böyük dövlətlərin bölgəyə çağırışının çəkisi artsın.
Paşinyanın bu “planını” bəri başdan rədd etməliyik. Ermənistan öz tərəfində hansı ölkənin hərbçilərini yerləşdirmək istəyir, bu onun öz işidir, ancaq sərhədin bizə aid hissəsində və ya Paşinyanın “neytral” adlandırdığı hissədə hansısa dövlətin hərbçilərinin yerləşdirilməsinə icazə verməməliyik.
Elxan Şahinoğlu, Politoloq
Gununsesi.info