Paşinyanın oğlunu qaçırmaqla əlaqədar saxlanılan qadının polis idarəsində halı pisləşib - VİDEO

  • By admin
  • 18 May 2023 09:32

Nikol Paşinyanın oğlu Aşotu qaçırmaqla əlaqədar polis idarəsində dindirilən qadının halı pisləşib.

Qadın II Qarabağ müharibəsində həyatını itirən Qayan Akopyanın anasıdır.

Oğlunu müharibədə itirmiş qadın baş nazirin oğlu Aşot Paşinyanın şikayəti əsasında saxlanılıb.

Dindirilən qadın “Oğulların çağırışı” ictimai təşkilatının üzvlərindən biridir.

Halı pisləşmiş şəxs İrəvandakı xəstəxanalardan birinə yerləşdirilib.

Xatırladaq ki, ötən gün Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edilib. “Oğulların çağırışı” adlı ictimai təşkilatın nümayəndələri Aşot Paşinyanı zorla maşınlarına mindiriblər, amma avtomobilin yolda bir anlıq dayanmasından istifadə edən Aşot Paşinyan maşından düşüb qaçıb, bu zaman isə “Oğulların çağırışı” təşkilatının arxadan gələn digər avtomobili onu vurub. Ayağından yaralanan Aşot Paşinyan faktla bağlı polisə müraciət edib.

Gununsesi.info