
Ermənistanın Mərkəzi Seçki Komissiyası 476 seçki məntəqəsindən səsvermənin nəticələrini açıqlayıb. Yerevanın Ağsaqqallar (Şəhər) Şurasına seçkilərdə 32.57% səslə hakim “Vətəndaş müqaviləsi” partiyası önə çıxıb.
Gununsesi.info Baş nazir Nikol Paşinyanın partiyası Yerevan bələdiyyəsində çoxluğu itirsə də, müttəfiq partiyanın köməyilə paytaxtın növbəti merini təyin edə biləcək. İlkin nəticələr bu partiyanın qurumda mütləq çoxluğu itirdiyini göstərir.
Daha radikal Mayr Hayastan (Ana Ermənistan) 15,43% səs yığıb.
“Respublika” 11.2, “İctimai səs” 9.68 faiz səs yığıb. ABŞ-da yaşayan qalmaqallı videobloger Vartan Qukasyanın rəhbərlik etdiyi sonuncu partiyanın şəhər şurasında yer qazanması seçkinin ən böyük sürprizi sayılır. Bu ilin əvvəlində Ermənistanın hüquq-mühafizə orqanları Qukasyan barəsində axtarış orderi verib, onun Ermənistandakı müttəfiqi pul qoparma ittihamıyla həbs olunub. Ancaq onları ittihamı rədd edirlər.
“2018-ci ildə Yerevan seçkisində 294 min 92 səs yığan siyasi qüvvə beş il sonra cəmi 80 min səs yığıb”, – “Hayastan” blokundan Geğam Manukyan ötən gecə “Facebook” postunda yazıb.
“Artıq Yerevan merinin kimliyi elə də əhəmiyyət daşımır. Fakt odur ki, Yerevan sakinlərinin böyük əksəriyyəti nikolçuları rədd edib”, – “Pativ Unem”dən Eduard Şarmazanov söyləyib.