Paşinyanın partiyası Şuşa Bəyannaməsini dəstəklədi

  • By admin
  • 21 Fevral 2022 11:20

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Mülki müqavilə” partiyası müxalifət partiyalarının Şuşa Bəyannaməsinin əleyinə hazırladığı bəyanat layihəsinə qoşulmaqdan imtina edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan parlamentinin bu gün keçirilən iclasında bildirilib.

Hakim partiya bazar ertəsi Ermənistanın müxalifət blokunun qanunverici orqanının Türkiyə və Azərbaycan tərəfindən imzalanmış Şuşa Bəyannaməsini pisləməli olduğu bəyanat layihəsini qəbul etməyib və buna qoşulmaqdan imtina edib.

“Biz seçicilərimizin etimadını aldıq və taktiki səbəblərə görə nə edəcəyimizə özümüz qərar veririk. “Mülki müqavilə” bu bəyanatın layihəsinə qoşulmaq fikrində deyil”,- müxalifət blokunun nümayəndəsi bildirib.

Xatırladaq ki, Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Şuşa Bəyannaməsinə əsasən tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığını vurğulayır, Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edir, xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar.

Eyni zamanda bəyannamədə tərəflərin öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirdikləri qeyd edilib. Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərir, aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.

Gununsesi.info