Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə ilə münasibətlərlə bağlı açıqlamaları dünyanın gündəminə düşüb.
Gununsesi.info xəbər verir ki, Paşinyan Türkiyə ilə münasibətlərdən danışıb.
Paşinyan bildirib ki, Türkiyə ilə normallaşma regional sülh və inkişaf üçün son dərəcə vacibdir.
Paşinyan Türkiyə ilə quru sərhədlərinin diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün açılmasına dair razılaşmanın tezliklə həyata keçiriləcəyinə ümid edir.
“Türkiyə ilə dialoq halındayıq”, – deyə o bildirib. “Ən azından keçmişdə belə aktiv dialoqumuz yox idi. Lakin diplomatik münasibətlərin qurulmasında hələ də uğurumuz yoxdur”.
Paşinyan bildirib ki, “Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması Cənubi Qafqazın sülhsevər, inkişaf edən və təhlükəsiz mühitə dair strateji baxışı üçün son dərəcə mühüm amildir”.
Gununsesi.info